AZ

Zakir Həsənov ordu qarşısında konkret tapşırıqlar qoydu

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraitivə qoşun xidmətinin təşkili təhlil olunub.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyinin xidməti müşavirəsində qeyd olunub.

Bildirilib ki, müdafiə naziri Zakir Həsənov qoşunların döyüşqabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması,eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlımüvafiq göstərişlər verib.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi,peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlbolunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə dəhərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin vəkeyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbətnəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik vəbacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsiistiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkrettapşırıqlar verib.

Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin,xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşənbölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğunsaxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin,mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsininzəruriliyi bildirilib.

Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsiheyətin xidməti və sosial-məişət şəraitinin daha dayaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davametdirilməsi ilə bağlı göstərişlər verib.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsiheyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqətyetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkrettapşırıqlar qoyub.

Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə dəgündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddiriayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hərzaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlərverib.

Seçilən
10
17
az.trend.az

10Mənbələr