AZ

“Qurşaqdan aşağı ifadələrlə qazanmağa çalışır” - Rejissor DETALLARI AÇIQLADI

“Bədii  filmlərdə söyüş və ya aşağılayıcı sözlərin işlənməsi, ssenarist və rejissor tərəfindən onların olduğu kimi saxlanılması normaldır. Bu qayda daha çox bədii filmlərə aiddir. Yəni bədii film kinoteatr məhsulu olduğu üçün həmin filmin tamaşaçı kateqoriyası öncədən təyin olunur və orada söyüşlərin olması və nümayişi normal hesab edilməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı Beynəlxalq Film Festivalının direktoru, rejissor Fehruz Şamıyev bildirib. O, məsələ ilə bağlı dünya təcrübəsindən də söz açıb:

“Dünya təcrübəsində də var ki, həmin bədii film kinoteatr-kassa dövrünü bitirdikdən sonra onun telekanallarda nümayişi baş tutur və burada birmənalı olaraq həmin sözlər, hətta müəyyən kadrlar belə kəsilə və ya üzərinə müəyyən effektlər vurula bilər ki, onu tamaşaçı izləməsin. Bu şiddət, porno, qan, siqaret və bu kimi kadrlara aiddir. Eləcə də söyüşlərin efirdə verilməsi ölkələrin əksəriyyətində müəyyən qurumlar tərəfindən kəsilir”.

F.Şamıyev televiziya efirində söyüşlü ifadələrə qarşı olduğunu qeyd edib:

“Mən televiziya ekranında hansısa jarqonun, söyüşün ifadəsinin əlehinəyəm və bu yolverilməzdir. Dünyanın aparıcı ölkələrində də TV kanallardakı nümayişlər müəyyən senzuraya məruz qalır. Sözsüz ki, burada əsas məsələ səslənən fikrin söyüş olub-olmamasındadır.  Bədii yükü olan və aşağılayıcı ifadələr serialda və ya filmdə işlənə bilər, amma onun nə dərəcədə qadağan edilməsi ekspertlər tərəfindən araşdırımalıdır. Həmin sözlərin bədii materialda istifadəsinin uyğun olub-olmaması, tamaşaçı və uşaqlarda, yeniyetmələrdə ikrah oyadıb-oyatmaması və s. bütün bunlar nəzərə alınmalıdır.  Azərbaycanın serial bazarında çox az hallarda hansısa jarqona və söyüşə rast gəlmək olar. Çünki bizim efir mədəniyyətimiz var. İstehsalçılar çəkiliş zamanı bunları öncədən nəzərə alırlar. Amma kinoteatrda nümayiş olunan filmlərimizlə bağlı bunu demək çətindir. Düşünürəm ki, kinoteatrda nümayiş olunan filmlər televiziyada yayımlanarkən onların daha çox redaktəyə ehtiyacı var. Qurşaqdan aşağı ifadələrlə istehsalçı tamaşaçı qazanmağa çalışır, amma nəzərə alaq ki, telekanallar onların bilet alıb izlənmə məkanı deyil”.

Seçilən
15
1
moderator.az

2Mənbələr