AZ

“Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öz üzərinə ciddi öhdəliklər götürüb”- Ceyhun Aşurov

COP29 tədbiri Azərbaycanda çox uğurla baş tutdu. Tədbir Azərbayvcan tarixində bu vaxta qədər olan ən böyük tədbir hesab olunur.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

turizmCOP29 tədbirində kifayət qədər ciddi bəyanatlar qəbul olundu.

Azərbaycan bununla dünyaya da göstərdi ki, belə böyük tədbirlərin öhdəsindən uğurla gələ bilir və bu kimi başqa böyük tədbirlərə ev sahibliyi etmək gücündədir.

Cop29

Tədbirdə COP tarixində turizm bəyannaməsi qəbul olundu və bu bəyannaməyə də digər ölkələrin qoşulması gözlənilir.

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öz üzərinə ciddi öhdəliklər götürüb.

Neft ölkəsi kimi tanınan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, bu cür bəyanatlara tərəfdar olması və iqlim dəyişikliyi ilə bağlı prosesləri yaxından izləyərək öz üzərinə öhdəliklər götürməsi Dünyaya ciddi bir mesajdır. Azərbaycan imicini kifayət qədər ciddi, müasir çağırışlara yaxından cavab verən, həm də müasir trendlərdə yaxından iştirak edən bir dövlət kimi formalaşdırır.

Turizm nöqteyi-nəzərdən də gələn qonaqların da azərbaycanı yaxından görmək imkanlarının olması ilə yanaşı, buradakı tədbirdə iştirak etməklə ölkənin infrastrukturu, şəhərimizin müasir şəhər olduğunu hiss etmiş oldu.

Ölkəyə tədbir zamanı gələn turistlər istər tədbirin təşkilatçılığından, istər şəhərin hazırkı müasir vəziyyətindən razı qalıblar. Bu həm də onların Azərbaycan haqqında ciddi bir fikir formalaşdırması və öz ölkələrində də bu barədə fikir paylaşmasından ibarət olacaqdır. Hansı ki, bu da gələcəkdə Azərbaycanın turizm məkanı kimi tanınmasında öz müsbət təsirlərini göstərəcəkdir.

Aişə Əbdülova

Seçilən
57
50
nocomment.az

10Mənbələr