AZ

Sabiq deputat və icra başçısı vəfat etdi

Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Sabirabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Səmayə Aslan qızı Piriyeva bu gün uzun sürən xəstəlikdən sonra 79 yaşında doğulduğu Hacıqabul şəhərində vəfat edib.

Qeyd edək ki, Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. 

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

O, Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1,1 il sonra isə Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad olunub.

Seçilən
52
38
qaynarinfo.az

10Mənbələr