AZ

İkardi bunu etsə, 40 milyona yaxın xərcə düşəcək

"Qalatasaray"ın və Argentina millisinin hücumçusu Mauro İkardi Vanda Naradan ayrılır.

Fanat.Az xəbər verir ki, buna görə Vanda Maurodan 38,5 milyon avro tələb edir.



İnformasiyanı "Nogo Mania" yayıb. Xəbərə görə, Vanda İkardinin uğurlu karyerasında böyük pay sahibi olduğunu düşündüyü üçün ondan "ədalətli pay" istəyir. Həmçinin, o, 2 qızı üçün aliment ödənilməsini də tələb edir. O, hələ həyat yoldaşından rəsmi olaraq boşanmasa da, argentinalı reper L-Qante ilə görüşdüyü bildirilir.

Xatırladaq ki, Nara uzun müddət İkardinin agenti olub və onun maraqlarını təmsil edib.

Mirağa

Seçilən
24
fanat.az

1Mənbələr