AZ

İqlim fəalları COP29-da aksiya keçiriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekofəalların növbəti aksiyası baş tutub.
Oxu.Az xəbər verir ki, etirazçıların əsas tələbi iqlimlə bağlı maliyyənin trilyonlarla dollara çatdırılmasıdır.
Ekofəallar bildiriblər ki, investisiyaların hazırkı səviyyəsi temperaturun 1.5°C ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.
Onlar, həmçinin iqlim maliyyələşməsinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıblar.
"Pay up for climate finance", "We need trillions not billions" şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıb və ləngimənin geri dönülməz nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif
Seçilən
14
oxu.az

1Mənbələr