AZ

Nümayəndəlik xərclərinin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları müəyyənləşdi

Bakı. Trend:

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin,eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışanişçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabərtutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutmaməqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası təsdiqedilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazirƏli Əsədov imzalayıb.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin“Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digərməhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin, dəniznəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarınınmüəyyən edilməsi barədə” qərarı ləğv olunub.

Beləliklə, yeni Qayda ilə vergitutma məqsədləri üçün müəyyənedilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisininməbləği də daxildir.

İşçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli,ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilənmüalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digərməhsullar və vasitələrlə bağlı xərclər aşağıdakı norma daxilindəvergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aidedilir:

- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışanişçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabərtutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdənçıxılan gündəlik xərc norması - 5 (beş) manat məbləğində;

- dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləriningəlirdən çıxılan gündəlik norması Xəzər dənizində üzən gəmilərinüzücü heyəti üçün hər bir işçi üzrə - 25 (iyirmi beş) manat, Xəzərdənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün hər bir işçiüzrə -25 (iyirmi beş) ABŞ dolları məbləğində;

- işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdənçıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyəödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özütərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərəndigər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində.

Vergi ödəyicisinin işçilərlə bağlı müəyyən edilmiş normalardaxilində çəkdiyi yemək xərcləri aşağıdakı şərtlər daxilindəgəlirdən çıxılır:

- yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyəödənildikdə;

- yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təminedildikdə və yeməyin hazırlanmasına sərf olunan məhsulların alışıVergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirildikdə;

- iaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergiödəyicisindən elektron qaimə-faktura əsasında alındıqda.

İşçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. iləəlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yeməkxərcləri bu Qaydaya əsasən gəlirdən çıxılmır.

İşçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayışmənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çoxolmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

İşçilərlə bağlı çəkilmiş mənzil xərcləri aşağıdakı şərtlərdaxilində gəlirdən çıxılan xərclərə aid edilir:

- kirayə haqqı kirayəverən və kirayəçi (işçi və ya işəgötürən)arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş müqaviləəsasında ödənildikdə;

- kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənənağdsız qaydada ödənildikdə.

Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmişnümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçüngəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergi ili ərzindəçəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aidedilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli,əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydadasənədləşdirilməlidir.

Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (vəya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdəiştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsiilə bağlı aşağıdakı xərclər aid edilir:

- qonaqlara göstərilən aşağıdakı xidmətlərin dəyəri:

- konsulluq xidmətləri üçün çəkilən xərclər (vizanınrəsmiləşdirilməsi, viza müddətinin uzadılması);

- limanda və vağzalda qarşılanma və yola salınma xərcləri;

- tədbirin, iclasın keçirildiyi yerə və geriyə çatdırılma iləbağlı nəqliyyat xidməti xərcləri;

- mehmanxana xidmətləri üçün xərclər (yerlərin bron edilməsi,yaşayış dəyəri);

- yemək xərcləri (səhər yeməyi, nahar, şam yeməyi, banket,şirələr, mineral sular, sərinləşdirici içkilər, çay, qəhvə);

- nümayəndəlik tədbirləri ilə bağlı tərcümə xərcləri;

- suvenirlərin alınmasına çəkilən xərclər.

Nümayəndəlik xərclərinə əyləncənin, istirahətin təşkili,xəstəliklərin profilaktikası və ya müalicəsi xərcləri daxildeyildir.

Seçilən
26
7
az.trend.az

8Mənbələr