AZ

Rusiya Fransa və Britaniyanı HƏDƏLƏDİ

Rusiya-Ukrayna savaşında son olaraq Amerikanın ikinciyə ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsindən sonra vəziyyət daha da gərginləşib. Hazırda dünyanın əsas müzakirə etdiyi mövzulardan biri də budur.

Rusiyanın cavabı necə olacaq?

Qeyd edək ki, ilk belə bir icazəni Fransa və Böyük Britaniya verib. Amerika sadəcə bir müddət gözləmə mövqeyində qaldı. Bu da bir çox suallar yaradırdı.

Rəsmi Moskvanın hazırda əsas hədəfi bu ölkələrdir.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun “Al Mayadeen” telekanalına verdiyi şərhdən də bu aydın görünür.

Onun açıqlamasındakı bu sitat bir çox sualların cavabıdır: “Fransa və Britaniya Ukraynaya Rusiya Federasiyası ərazisinə raket zərbələri endirməkdə yardım göstərdiyinə görə cavab verəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
72
50
musavat.com

10Mənbələr