AZ

"ABŞ iflasa doğru sürətlə irəliləyir"

ABŞ indi iflasa doğru çox sürətlə irəliləyir.

Milli.Az xəbər verir ki, bu barədə Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.

Mask Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ölkə büdcəsi ilə bağlı vəziyyəti düzəltmək zərurətini bildirən yazısını şərh edib. Departamentə görə, ABŞ-da sonuncu dəfə büdcə profisiti 2001-ci ildə olub. Nəşr qeyd edir ki, ABŞ hökuməti 2023-cü maliyyə ilində altı trilyon dollardan çox xərcləyib, lakin o, "cəmi 4,47 trilyon dollar" toplayıb.

"Amerika indi iflasa doğru çox sürətlə irəliləyir" deyə Mask nəşri şərh edib.

Bir müddət əvvəl ABŞ prezident seçkilərinin qalibi Donald Tramp Musk və iş adamı Vivek Ramasvami-nin yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklərini açıqlamışdı. Mask daha əvvəl Trampın qalib gələcəyi təqdirdə ABŞ büdcə xərclərini ən azı iki trilyon dollar azaldacağına söz vermişdi.

Nərmin
Milil.Az

Seçilən
22
2
milli.az

3Mənbələr