AZ

Tomas Hogenaar: "Dünya liderləri iqlim problemləri əvəzinə, növbəti ilin seçkilərini düşünürlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnkişaf etməkdə olan əraziləri dirçəltmək, daha güclü iqtisadiyyat qurmaq, daha yaxşı bəndlər, yüksələn dəniz səviyyələrinə qarşı daha yaxşı müdafiə üçün pula ehtiyac var. Fermerlərin quraqlıq və şiddətli yağışlar səbəbindən çətinlikləri var. Bəzi insanlar bu vəziyyətdə bəzən heç bir ərzaq ala bilmirlər. Bunun üçün pul lazımdır. Əlbəttə, hər şeyin çarəsi təkcə pul deyil, amma pul mütləq kömək edəcək. Məhz buna görə də biz yenə də kredit deyil, qrant istəyirik. Gəlin yüksək faiz dərəcələrinin yükünü artıq çətinlik çəkən ölkələrin üzərinə qoymayaq".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan, əslən Niderlanddan olan, "Global Young Greens" təşkilatının nümayəndəsi Timon Hogenaar deyib.
İnkişaf etmiş ölkələrin iqlim problemlərinin həlli üçün az pul ayırmasını T.Hogenaar "vəhşilik" adlandırıb:
"Bu, vəhşi bir şeydir. Mənim üçün bu məsələdə çaşdırıcı olan odur ki, biz hamımız iqlim böhranının nəticələrini görürük. Biz hamımız temperaturun birdən necə yüksəldiyini, qəfil leysanları görürük. Amma bəzi ölkələr iqlimi çirkləndirən maddələrdən hələ də çox pul qazanırlar və bundan rahatdırlar.
Nədənsə, uzunmüddətli mesajı siyasi cəhətdən "satmaq" daha çətindir, buna görə də biz indi hərəkət etməliyik. Amma bu, dəyişiklik, sistemli dəyişiklik tələb edəcək və biz hələ bu məqsədimizə çatmamışıq.
İnanıram ki, indi yaşadığımız vəziyyət dəyişəcək. Biz gözəl və sağlam iqtisadiyyat, insanların, həqiqətən, inkişaf edəcəyi və bir-birinə qayğı göstərə biləcəyi gözəl vəziyyət qura bilərik - bu isə asan mesajdır. Dünya liderləri iqlim problemlərinin həlli, uzunmüddətli siyasi nəticələr əvəzinə, növbəti ilin seçkiləri haqqında düşündükləri üçün asan mesaja gedirlər. Bu, həqiqətən, kədərlidir".
"Burada bizim tələblərimizdən biri odur ki, pis razılaşmadansa heç sövdələşməmək daha yaxşıdır. Şənbə günü artıq bir çox dostlarımız və həmkarlarımızla vidalaşmalı olsaq da, biz çoxuq, güc isə xalqdadır. Biz tələblərimizi davam etdirəcəyik", - deyə T.Hogenaar əlavə edib.
Aygün Mirakif
Seçilən
28
50
oxu.az

10Mənbələr