AZ

Ermənistan Azərbaycanla Kazanda razılaşma əldə etsə də...

Oktyabrda Kazanda Prezidenti İlham Əliyevlə görüşəndən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan öz yaxınları ilə qapalı görüşdə eyforik şəkildə, Azərbaycan Prezidenti ilə kommunikasiyaların blokdan açılmasını müzakirə etdiklərini deyiblər. 

“Cebheinfo.az”ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. 

“Paşinyan və Mirzoyan bu baş verərsə, Ermənistan çiçəklənəcəyinə əmin ediblər. Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xətti ilə yükdaşımaların başlanması ilə bağlı ilkin razılığın əldə olunduğu bildirilib. 

Həmçinin yaxın vaxtlarda dəmir yolunun təmiri üçün tədbirlər görülməli olduğu vurğulanıb. 

Lakin Xarici İşlər Nazirliyindəki mənbələr bu istiqamətdə heç bir addım atılmadığını bildiriblər”, - deyə nəşr qeyd edir.

Seçilən
33
cebheinfo.az

1Mənbələr