AZ

Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: Qərbi Azərbaycanla bağlı nə baş verir?

“Türkiyə ilə Azərbaycan qardaş və müttəfiq dövlətdir. Ölkələrimizi bir-birinə ayrılmaz tellər bağlayır. Milli birlik ən yüksək səviyyədədir. “Şuşa Bəyannaməsi” ilə dövlətlərarası münasibətlər daha da möhkəmlənib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana səfərini şərh edərkən deyib:

“Ona görə də qardaş ölkələr arasında nümayəndə heyətlərinin mütəmadi səfərləri gözləniləndir və əhəmiyyətlidir. Bu baxımdan dünyada tanınmış siyasi xadim olan Mövlud Çavuşoğlunun Azərbaycana səfəri və Qərbi Azərbaycanla bağlı tədbirə qatılması önəmlidir. Türkiyənin dövlət olaraq bu məsələyə həssas yanaşdığını görmək bizi sevindirir.

Əli Zülfüqaroğlu

Qərbi Azərbaycan mövzusu Azərbaycanın prioritetləri sırasında yer alır və kifayət qədər aktual məsələdir. Sülh danışıqları prosesində də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi mühüm məqama sahibdir. Amma Ermənistan hər vəchlə çalışır ki, bundan boyun qaçırsın. Özü isə Qarabağdan könüllü köçən ermənilərin birtərəfli olaraq Azərbaycana qayıdışını təmin etməyə çalışır. Bu baxımdan Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılması və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin keçirilməsi önəmli məsələdir”.

Seçilən
30
turkustan.az

1Mənbələr