AZ

Serdar Ortaç peşmanlıqlarından DANIŞDI: “Məşhur olmasaydım, nə qumar, nə də...”

Türkiyəli müğənni Serdar Ortaç ev dustaqlığında keçirdiyi günlərdə yaşadığı peşmanlıqlarından danışıb.

 

Sfera.az bildirir ki, o bu barədə sosial şəbəkədə paylaşımlar edib.

 

“Taleyə bax, məni Serdar Ortaç kimi yaratdı, amma başım bəladan qurtula bilmədi. Məşhur olmasaydım, nə qumar oynamağı, nə də başqa bir şeyi edərdim”, - ifaçı bildirib.

 

Geniş açıqlamalar verən məşhur müğənni sözlərini belə davam etdirib:

 

“Bilkənd universitetinə girdim, amma bitirmədim, qayıtdım. Universiteti bitirib ingilis dili müəllimi olsaydım, məşhurlaşmasaydım, başıma belə şeylər gəlməzdi. Onsuz da başqa heç nəyim yoxdur. Artıq içmirəm və siqareti də tərgitdim. Fərqi yoxdur, bunların heç biri baş verməzdi. Sakit, gözəl bir evliliyim olacaqdı. Övladlarıma baxıb təqaüdə çıxıb Allahın hüzuruna gedəcəkdim. Təbii ki, bütün bunlar mənim günahımdır”.

 

Türkan

 

Seçilən
23
sfera.az

1Mənbələr