AZ

"Şimali Koreya qoşunları tezliklə döyüşə başlayacaq" - Pentaqon rəhbəri

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, tezliklə Rusiyaya göndərilən Şimali Koreya hərbçiləri Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edəcəklər.

HİT.az xəbər ki, bu barədə "Le Monde" yazıb.

"Şimali Koreya qoşunlarının öyrəndiklərinə, Rusiya təlimlərinə necə inteqrasiya olunduqlarına əsaslanaraq, mən onların tezliklə hərbi əməliyyatlarda iştirak edəcəklərini gözləyirəm", deyə ABŞ müdafiə naziri bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Şimali Koreya hərbçilərinin artıq döyüş əməliyyatlarında fəal iştirak etdiyinə dair heç bir əsaslı sübut yoxdur. 

Cənubi Koreya hökumət rəsmiləri isə öz növbəsində bildiriblər ki, Rusiya qoşunları müqabilində Şimali Koreyaya eyni vaxtda yanacaq, zenit raketləri və iqtisadi yardım verir.

Ukraynada iddia edirlər ki, Rusiya artıq Kursk vilayətində hərbi əməliyyatlar üçün Şimali Koreyanın bir hissəsi də daxil olmaqla 50 minə yaxın əsgər hazırlayıb.

Bundan əvvəl UNİAN xəbər vermişdi ki, Çin lideri Si Szinpin Şimali Koreya qoşunlarının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı narahatlığını gizlətməyə çalışır. Bundan əlavə, Seul Ukraynaya yardımın bütün mümkün ssenarilərini nəzərdən keçirir.

"Xüsusən, Şimali Koreya qüvvələrin müharibədə iştirak səviyyəsini və Şimali Koreyanın Rusiyadan alacağı lütfün nə olacağını müşahidə edəcəyik", deyə Cənubi Koreyanın xarici işlər naziri izah edib.

Samir
 

Seçilən
46
hit.az

1Mənbələr