AZ

İranlı deputatdan atom bombası yaratmağa çağırış

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İran artıq atom bombası yaratmalıdır".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani "Didar News" saytına müsahibəsində bəyan edib.
O, atom bombasının yaradılmasını Tehran üçün zərurət adlandırıb.
"Biz artıq qaynayan sanksiya qazanına düşmüşük. Qərb ölkələri Tehrana bundan artıq sanksiya tətbiq edə bilməz. Əgər biz atom bombası yaratsaq, ən çoxu altı ay müddətinə gərginlik yaşayacağıq, daha sonra isə Qərb bizdən niyə nüvə silahı istehsal etdiyimizi soruşacaq... İranın mütləq nüvə silahına ehtiyacı var, çünki hər halda biz Yaxın Şərqin lövbəriyik... Çətin ki, Qərb ölkələri bizimlə müharibə etmək istəyər. İranın yüksək hərbi çəkindirmə qabiliyyətinə görə ABŞ və İsrail Tehrana hücum etməyəcək", - deyə parlament rəsmisi vurğulayıb.
Seçilən
49
50
oxu.az

10Mənbələr