AZ

Berbokun iqlim sammiti çərçivəsində mövzudankənar çıxışı... 

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycanda insan haqları ilə bağlı çıxışı birmənalı qarşılanmayıb... 

Politoloq: “Almaniya və digər ölkələrin Azərbaycanın daxili işlərinə qarışması qəbul edilməzdir. Azərbaycana insan hüquqları və demokratiya anlayışını əsas gətirib təzyiqlər edilməsi isə yolverilməzdir”.

“Hər bir ölkənin demokratiya və insan hüquqları anlayışı onun daxili mentalitetindən irəli gələn anlayışdır”.

Bu sözləri politoloq Azər Qasımov Almaniyanın xarici işlər nazirinin Azərbaycanda insan haqları ilə bağlı çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

COP29-da iştirak üçün Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycanda insan haqları ilə bağlı çıxışı birmənalı qarşılanmayıb. O bu məsələnin hər zaman Berlinlə Bakı arasında müzakirə edildiyini bildirib. Berbok xüsusilə ev dustaqlığında olan azərbaycanlı siyasətçi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasına diqqət çəkib.

Bəs, Bakıdan əvvəl İrəvanda ola Berbokun iqlim sammiti çərçivəsində mövzudankənar çıxışı etməsinin səbəbi nədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan öz siyasətini nə Almaniyanın, nə də digərlərinin istəyi üzərində qurmur”.

Azərbaycanın öz siyasətini nə Almaniyanın, nə də digərlərinin istəyi üzərində qurmadığını vurğulayan politoloq əlavə edib ki, Qərbin istəyi üzərində qurulan ölkələrin siyasətinin axırı göz önündədir:

“Almaniya və digər ölkələrin Azərbaycanın daxili işlərinə qarışması qəbul edilməzdir. Azərbaycana insan hüquqları və demokratiya anlayışını əsas gətirib təzyiqlər edilməsi yolverilməzdir. Azərbaycan dövləti və vətəndaşlarının ağıl səviyyəsi hansısa ölkənin, o cümlədən də, Almaniyanın idarəçilərinin ağıl səviyyəsindən aşağı deyil ki, onlar bizə ağıl öyrətməyi özlərinə vəzifə hesab edirlər.

Hər bir ölkənin demokratiya və insan hüquqları anlayışı onun daxili mentalitetindən irəli gələn anlayışdır. Qərb ölkələrinin, həmçinin Almaniyanın Azərbaycanda oyunlarında əlaltı olan bəzilərinin dövlət əleyhinə fəaliyyətlərinə başqa don geyindirilməsi məqsədli şəkildə aparılan kampaniyanın tərkib hissəsidir.

Hesab edirəm ki, Azərbaycan öz siyasətini nə Almaniyanın, nə də digərlərinin istəyi üzərində qurmur. Qərbin istəyi üzərində qurulan ölkələrin siyasətinin axırı göz önündədir. Azərbaycan öz yolu, öz dəsti xətti bəllidir. Kimlərinsə təzyiqi Azərbaycanı öz yolundan döndərə bilməz”.

Nərminə UMUDLU

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr