AZ

“UnionPay” kartları ən azı doqquz ölkədə fəaliyyətini dayandırdı – Yenilənib


“Qazprombank” tərəfindən buraxılan “UnionPay” kartları ən azı doqquz ölkədə fəaliyyətini dayandırıb.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, kartlar Qazaxıstan, Türkiyə, BƏƏ, Qətər, Vyetnam, Tayland, Macarıstan və Almaniyada işləmir.
Nəşr yazıb ki, Çində də kartlarla problemlər var – orada yerli ICBC bankomatından pul çıxarmaq mümkün deyil.
“Qazprombank”dan nəşrə bildirilib ki, “UnionPay” kartlarının emissiyası dayandırılıb.
Bank müştəriləri bildiriblər ki, onlara belə bir bildiriş gəlib:
“Noyabrın 21-dən “Qazprombank” kartları “UnionPay” ödəniş şəbəkəsindən ayrılıb. Bu kartlarla pul çıxarmaq və alış-veriş etmək mümkün deyil”.


***14:47
Türkiyə bankları Rusiyanın “Qazprombank” bankının buraxdığı “UnionPay” bank kartlarına xidmət göstərməyi dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, artıq istifadəçilər bankomatdan pul çıxarmaq istəyəndə ya texniki xəta olduğu göstərilir, ya da karta bu bank tərəfindən xidmət göstərilməməsi barədə xəbərdarlıq verilir. Həmçinin, bəzi banklara məxsus bankomatlarda bankın bu kartla əməliyyatlara icazə vermədiyi barədə bildiriş göstərilir.
Qeyd olunub ki, oxşar vəziyyət dövlət banklarının, eləcə də Türkiyədəki özəl maliyyə qurumlarının və xarici iştiraklı bankların bankomatlarında da müşahidə olunub. Xidmətdən imtina həm “Qazprombank”ın korporativ kartlarına, həm də “UnionPay” sistemi ilə fərdi kartlara aiddir.
Seçilən
23
yeniavaz.com

1Mənbələr