Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları – BOKT-təkcə kredit bazarında banklara alternativ deyil, həm də qiymətli kağızlar bazarının aktiv iştirakçısıdır.
Azərbaycanda ən yüksək və ən aşağı faizlə – KREDİT AYIRAN BOKT-LAR – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, BOKT-lar mütəmadi olaraq qiymətli kağızlar bazarına istiqrazlar buraxırlar, artıq bəzi BOKT-lar üçün istiqrazlar, əlavə vəsəit cəlb etməyin əsas üsuluna çevrilib.
Təqribi hesablamalara görə, BOKT-ların buraxdığı istiqrazlar qiymətli kağızlar bazarında 30-40 milyon manat arasında dəyişir və onların həcmi artmaqdadır. Hətta bəzi BOKT-lar istiqraz ödənişlərini yeni istiqrazlar buraxılması ilə həyata keçirirlər.
İstiqraz bazarında ən aktiv maliyyə təşkilatlarından biri “Regional BOKT” ASC-dir. Bu BOKT investorlara ən yaxşı investisiya aləti kimi sərfəli və gəlirli istiqrazlarını təqdim edir.
FED.az xəbər verir ki, hər bir BOKT üzrə istiqrazların şərtləri – dövriyyədə olması müddəti, illik gəlir dərəcəsi, faiz ödənişi müddətləri və sair fərqlidir.
Bununla yanaşı BOKT-ların istiqraz bazarında orta illik 15% gəlirlilik səviyyəsi formalaşıb.
Manat istiqrazları üzrə ən aşağı aşağı gəlir təklif edən BOKT- isə "EMBAFİNANS" QSC-dir – illik 11,5%. Bu hətta bank əmanətlərindən də aşağı faizdir. Dollar istiqrazlarında isə “FINCA Azerbaijan”-ın illik 9%-lik istiqrazı mövcuddur. İlk baxışda manat istiqrazlarından daha aşağı gəlirlilik təklif etsə də, əslində dollar üçün ən yüksək gəlir alətlərindən biridir.
№ | BOKT-lar | İstiqrazın gəlirlilik dərəcəsi | Tədavül müddəti | Nominal qiyməti | Buraxılışın həcmi | Faizlər | Buraxılış tarixi |
1 | BOKT “İnternational” ASC | 15% | 24 ay | 1 000 AZN | 1 000 000 AZN | Aylıq | 29.08.2024 |
2 | BOKT “İnternational” ASC | 15% | 24 ay | 1 000 AZN | 750 000 AZN | Aylıq | 18.11.2024 |
3 | BOKT “İnternational” ASC | 15% | 24 ay | 1 000 AZN | 250 000 AZN | Aylıq | 07.11.2024 |
4 | BOKT “İnternational” ASC | 15% | 24 ay | 1 000 AZN | 250 000 AZN | Aylıq | 07.11.2024 |
5 | BOKT “İnternational” ASC | 15% | 24 ay | 1 000 AZN | 1 000 000 AZN | Aylıq | 19.02.2024 |
6 | BOKT “İnternational” ASC | 15% | 60 ay | 1 000 AZN | 1 000 000 AZN | Aylıq | 08.02.2024 |
7 | BOKT “İnternational” ASC | 13% | 18 ay | 1 000 AZN | 1 000 000 AZN | 90 gün | 15.01.2024 |
8 | BOKT “İnternational” ASC | 13% | 18 ay | 1 000 AZN | 1 000 000 AZN | 90 gün | 15.01.2024 |
9 | BOKT “İnternational” ASC | 18% | 60 ay | 1 000 AZN | 1 000 000 AZN | Aylıq | 30.12.2023 |
10 | BOKT "Finans Kredit" MMC | 15% | 24 ay | 1 000 AZN | 200 000 AZN | Aylıq | 12.07.2024 |
11 | BOKT "Finans Kredit" MMC | 15% | 24 ay | 1 000 AZN | 300 000 AZN | Aylıq | 29.10.2024 |
12 | BOKT "Regional" MMC | 14% | 36 ay | 500 AZN | 500 000 AZN | Aylıq | 25.01.2023 |
13 | BOKT "Regional" MMC | 15% | 60 ay | 500 AZN | 420 000 AZN | Aylıq | 03.10.2024 |
14 | BOKT "Effektinvest" MMC | 14% | 60 ay | 1 000 AZN | 500 000 AZN | Aylıq | 15.05.2024 |
15 | “Kəpəz” BOKT MMC | 14% | 60 ay | 1000 AZN | 500 000 AZN | Aylıq | 27.05.2024 |
16 | “Kredaqro” BOKT MMC | 14% | 24 ay | 100 AZN | 500 000 AZN | 90 gün | 12.10.2023 |
17 | “Kredaqro” BOKT MMC | 14% | 24 ay | 100 AZN | 500 000 AZN | 90 gün | 12.10.2023 |
18 | BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC | 14% | 18 ay | 1 000 AZN | 500 000 AZN | 90 gün | 09.07.2024 |
19 | “İcraçı Kredit Agentliyi” MMC BOKT | 14% | 24 ay | 200 AZN | 58 000 AZN | Aylıq | 08.04.2024 |
20 | “FINCA Azerbaijan” | 9% | 18 ay | 1 000 USD | 2 500 000 USD | 90 gün | 09.07.2024 |
21 | BOKT “Embafinans” QSC | 11,5% | 18 ay | 1 000 AZN | 1 500 000 AZN | Aylıq | 01.03.2024 |
22 | BOKT “Falkon Finans” QSC | 15% | 18 ay | 1 000 AZN | 400 000 AZN | Aylıq | 06.11.2024 |