AZ

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

“Monolink” şirkəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb. 

Valyuta.az xəbər verir ki, şirkət bu mübahisədən dolayı məhkəməyə müraciət edib. 

Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, “Monolink” şirkətinə 137 605,87 manat vergi borcu hesablanıb. 

Şirkət isə bu məbləği qəbul etmədəyindən məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. 

Hüseyn

Seçilən
19
valyuta.az

1Mənbələr