AZ

Rusiya raketinin şərəfinə qızlarına "Oreşnik" adını QOYDULAR

Rusiyadan olan bir ailə Ukraynaya atılmış raketin şərəfinə 15-ci uşaqlarına "Oreşnik" adını vermək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə "Shot" telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Tatarıstanın Naberejnıye Çelnı şəhərindən olan Suxovlar ailəsinin 14 uşağı var. Onlar kiçik qızlarını "Rusiya-Svyatosiya-Svyatorossiya" adı ilə adlandırıblar (uşaq şəkildədir).

photo_2024-11-23_19-32-15.jpg

Çoxuşaqlı ata Vladimirin sözlərinə görə, ailə hazırda 15-ci uşaqlarını gözləyir. Həyat yoldaşı dördüncü ay hamilədir və həkimlər onlara qız uşağı olacağını bildiriblər.

Valideynlər qızlarına "Oreşnik" adı vermək istəyirlər. Hazırda bu məsələni sonuncu dəfə müzakirə edirlər və yaxın günlərdə dəqiq qərar qəbul etməyi planlaşdırırlar.

Musavat.com

Seçilən
16
2
musavat.com

3Mənbələr