AZ

Gürcüstan paytaxtı yenidən QARIŞIR

Gürcüstanda "Gürcü Arzusu " partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət Tbilisidə yenidən etiraz aksiyaları keçirib.

OXU24.COM  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Etirazçılar paytaxtın mərkəzindəki Qəhrəmanlar meydanını bağlayıb və nümayişin saat 22:00-a qədər davam edəcəyini bildiriblər. Ərazidə avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.

Müxalifət liderləri həmçinin bildiriblər ki, genişmiqyaslı etiraz aksiyası bazar günü, noyabrın 24-də davam etməlidir.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyasının ( MSK ) sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun protokolunu imzalayıb.

 

Seçilən
65
45
oxu24.com

10Mənbələr