AZ

“Putin ukraynalıları yanvarın 20-dək Kurskdan çıxarmağı qarşısına məqsəd qoyub” - Zelenski

“Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin keçirilməli olduğu yanvarın 20-si tarixinə qədər Ukrayna qüvvələrinin Kursk bölgəsindən çıxarılması vəzifəsini qarşısına qoyub”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna taxılı”
3-cü Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

"Putin üçün ən vacibi bizi Kursk vilayətindən sıxışdırıb çıxarmaqdır. Bütün bu hekayələr, yeni raketlərlə hücumlar, bütün bunlar sadəcə olaraq göstərişdir. O, qarşısına bu vəzifəni qoyub.

Əminəm ki, Putin 20 yanvar tarixindən əvvəl bizi Kurskdan qovmaq istəyir. Onun üçün nəzarətdə olmadığını nümayiş etdirmək çox vacibdir".

Zelenskinin sözlərinə görə, Kursk əməliyyatı oyuncaq deyil və bu, Putinin Rusiya Federasiyasını tam müdafiə etmək iqtidarında olmadığını göstərdi:

“O (Putin – red.) özünün dediyi kimi, tapşırığı yerinə yetirdiyini göstərmək istəyir və bütün Donbası işğal edib. Odur ki, Putinə bizi Kursk istiqamətindən sıxışdırıb çıxarmaq lazımdır”.

Ukrayna lideri əlavə edib ki, Rusiya Kursk istiqamətində heç vaxt bu qədər böyük itkilər verməyib.

Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr