AZ

Kiyevə nüvə silahının verilməsi müzakirə olunur

Kiyevə

Rusiya rəhbərliyi Ukraynaya qitələrarası ballistik raket hücumundan sonra Qərbə mesaj verildiyini açıqlayıb.

Reyting.az
xatırladır ki, Rusiyanın Ukraynaya qarşı hücumlarında ilk dəfə qitələrarası ballistik raketlərdən istifadə etməsi səs-küy yaratsa da, Moskvanın Qərb ölkələrinin Kiyevə dəstəyini davam etdirəcəklərini açıqlamasına cavab olaraq bu addımı atdığı bildirilir.

Rusiyanın addımı bütün dünyada diqqətlə izlənir. Üstəlik, NATO çərşənbə axşamı toplantıya qərar verərkən, ABŞ prezidenti Co Baydenin Ukraynaya nüvə silahı verməsi məsələsi də müzakirə olunur.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte dünən ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün bu ölkəyə gedib. NATO və Ukrayna rəsmiləri də gələn çərşənbə axşamı Brüsseldə görüşmək qərarına gəliblər. Görüşün səfirlər səviyyəsində keçirilməsi çağırışı Rusiyanın Dnepr şəhərinə qitələrarası ballistik raket hücumundan sonra Ukrayna tərəfindən edilib. NATO isə hücumun Ukraynadakı müharibənin istiqamətini dəyişmədiyini bildirib.

“New York Times” yazır ki, ABŞ və Avropanın bəzi rəsmiləri prezident Co Baydenin Ukraynaya nüvə silahı vermək qərarını müzakirə ediblər. Qeyd olunur ki, müzakirələrdə Sovet İttifaqının dağılmasından sonra Ukraynadan götürülmüş nüvə silahlarının geri qaytarılması “dərhal və böyük çəkindirici effekt” verər.

ABŞ-dan başqa, İngiltərə və Fransa da sülhün təmin edilməsi üçün Ukraynaya hər cür dəstəyi davam etdirəcəklərini açıqlayıblar. Almaniya kansleri Olaf Şolts isə Rusiyanın Ukraynanı vurmaq üçün ballistik raketlərdən istifadə etməsini müharibədə “dəhşətli eskalasiya” kimi qiymətləndirib.

Onu da qeyd edək ki, Polşanın baş naziri Donald Tusk müharibənin həlledici dövrə girdiyini və qlobal qarşıdurma riskinin çox yüksək olduğunu deyib.

E. KAMAL
Seçilən
38
reyting.az

1Mənbələr