ÜST: Qlobal sağlamlıq fövqəladə vəziyyətdə qalır
Qlobal sağlamlıq meymunçiçəyi səbəbiylə fövqəladə vəziyyətdə qalır.
Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Avqustun 14-də mpox xəstəliyinin kütləvi şəkildə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi.
Hazırda xəstəlik Yer kürəsinin bütün coğrafiyasında geniş yayılmaqda davam edir.
Bundan əvvəl ABŞ -da ağır mpox ştammı ilə ilk yoluxma halı Kaliforniyada aşkar edilib.
Əfsanə Kamal
Demokrat.az