AZ

Zaxarova Fransanın Rusiyaya hücuma icazə verməsini şərh edib

Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi ilə bağlı bəyanatı Ukraynanı bitirir və onu dəstəkləmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, bir gün əvvəl Barrot demişdi ki, Ukrayna Silahlı Qüvvələri “özünümüdafiə məqsədi ilə” Fransanın uzaqmənzilli raketləri ilə Rusiyanı vura bilər. Lakin o, Kiyevin artıq Fransa silahlarından istifadə edib-etmədiyini təsdiqləməyib.

Bunu deyən Zaxarova əlavə edib ki, əslində bu, Ukraynanı dəstəkləmək yox, onu bitirməkdir.

...Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin iyununda respublikanın SCALP qanadlı raketlərini Ukraynaya ötürdüyünü etiraf edib. Onların uçuş məsafəsi 400 km-ə çatır, döyüş başlığının çəkisi 450 kq, sürəti saatda 1000 km-i keçir. Onun uçuş hündürlüyü 150 m-ə çatır, qiyməti isə 850 min avrodur.

Əli Babayev

Seçilən
32
sia.az

1Mənbələr