AZ

HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır

Məşhur müğənni Serdar Ortaç, "Bşeiktaş"ın sabiq futbolçusu Batuhan Karadeniz (Gürcüstana qaçıb - Mia.az) və şoumen aparıcı Mehmet Ali Erbilin də aralarında olduğu tanınmış şəxslərlə yanaşı, blogerlərin də qumar biznesmenləri ilə qanunsuz mərc oyunlarında əlbir gizli fəaliyyətləri ilə bağlı xəbərlər Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük maraq oyadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, faktla bağlı İstanbul vıə İzmir prokurorluqlarının apardığı istintaq çərçivəsində 10-dan çox bloger qandallanıb.

Məlumata görə, barələrində həbs qətimkan tədiri seçilən B.A, H.Y.O. P.S.B və digərlərinin qumar/mərc saytlarını səhifələrində təbliğ etmələrinin gizli tərəfləri aşkara çıxarılıb: "Məlum olub ki, blogerlər bu saytları səhifələrində bir dəfə paylaşmaqdan ötrü "qumar biznesmenləri"ndən hər dəfə nə az, nə çox, düz 250 min lirə (təxminən 12300 manat - Mia.az) pul alıblar. Hələ bir milyondan çox izləyicisi olan blogerlər var ki, daha çox pul alıblar. Məsələn, H.Y və P.S.B-nin bu məbləğdən daha çox almaları barədə iddialar var".

Yeri gəlmişkən, bizim ölkədə bu cür oyunlarla "Topaz" və "Azərlotereya" məşğul olur. Diqqətçəkən məqam budur ki, "Azərlotereya"nın sahibi Türkiyə vətəndaşlarıdır. Onların burada "reklam biznesi"nin də araşdırılması barədə zaman-zaman tələblər səslənir... 

Samir Musayev
MİA.AZ

Seçilən
20
mia.az

1Mənbələr