AZ

COP29-la bağlı qərarlar və nəticələr dəyərləndirilir

"Heç kim Bakını əsas məqsədə çatmadan tərk etmək istəmir. Bütün dünyanın gözü bizdədir".

Musavat.com-un məlumatına görə, bunu COP29-un Prezidenti Muxtar Babayev yekun plenar iclasında deyib.

M.Babayev tərəfləri fəal işləməyə çağırıb:

“Zaman əleyhimizə işləyir. Mövcud fikir ayrılıqları ilə bağlı bir-birinizlə fəal şəkildə işləməyi xahiş edirəm. Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacaq. İndi COP29 tərəfindən qəbul ediləcək qərarların və nəticələrin dəyərləndirilməsi aparılacaq”, - deyə M.Babayev deyib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr