AZ

“Dado ilə necə qırmışıqsa bir-birimizi telefonumda blokdadır " - FOTO

"Keçmiş həyat yoldaşım Dado ilə necə qırmışıqsa bir-birimizi artıq 4 həftədir, yəni hardasa bir ay olarki telefonumda blokdadır" .

Milli.Az xəbər verir ki, bu barədə müğənni "Zaurla Günaydın" verilişində danışıb.

"Dado uşağımız Zeydi görür. Hər şey yaxşıdır. Sadəcə bu münasibəti idarə etmək çox çətindir. Yəni rəsmi olaraq boşanmış olasan amma bu münasibəti qoruyub, saxlayasan ki, uşağa da çətin olmasın".

Natavan Dadoyla aralarında çıxan mübahisələrin səbəbini də açıqlayıb:

"Yaxşı ki, biz eyni camiyədənik və bu səbəbdən hardasa bir-birimizi anlayırıq. Əslində mənim məqsədim də bu idi. Ailə quranda fikirləşirdim ki, bundan yaxşı məni anlayan, xüsusi ilə repçi. Axı onlar azadlığı sevirlər. Ondan yaxşı məni başa düşən və bu yolda yürüyən insan olmaz. Söhbətlərimiz də elə bunun üstündə başlamışdı. "Səs yazma studiyasından niyə gec gəldin" kimi aramızda söhbətlər də vardı. Dado və Zeyd bir-birini çox sevirlər, aralarında bağlılıq var. Zeyd hər gün atasını soruşur. Onu heç kim öyrətmir. Onların arasına girmək yaxşı olmazdı. Yəni dəxlisiz olardı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
4
milli.az

6Mənbələr