AZ

“Xahiş edirəm, bir də bu barədə mənə sual verməyin” - Qurban Qurbanov

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov yenidən Azərbaycan milli komandasına baş məşqçi gələcə biləcəyi ilə bağlı iddiaları cavablandırmaq istəməyib.

Adalet.az xəbər verir ki, o, fikrinin öz klubunda olduğunu bildirib.

Bu barədə o, Premyer Liqa çərçivəsində "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında danışıb:

"Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır".

Qurbanov "Bəs, Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?" sualına isə belə şərh edib:

"Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır".

Seçilən
14
10
adalet.az

10Mənbələr