AZ

"Yeniyetmə və gənclərin internet asılılığı onların təhsilinə təsir edir"

“Yeniyetmə və gənclərin internet asılılığı və sosial şəbəkə aktivliyi əfsuslar olsun ki, onların enerjisini və vaxtını mənimsəyir. Bu da onların əmək məhsuldarlığı və motivasiyasına, təsinə  təsir edir”. 

Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacəbəyli deyib.

O bildirib ki, bu gün bəzi gənclər gününü sosial şəbəkədə keçirməyə üstünlük verir: 

“Kİmisi TikTok platfortmasında, kimisi İnstagramda olmağa üstünlük verir. Nəticədə gənclər təhsilə deyil, daha çox virtual dünyaya maraq göstərir. Beləliklə, savadlı gənclərimizin sayı azalır. Ötən 10 illə müqayisədə savadlı gənclərimiz azalıb. Bunun səbəbi sosial şəbəkədir. İnsanlar daha asan qazanc yolu sosial şəbəkəni seçir. Oğlanlar Tiktok-da, qızlar isə İnstagramda blogerlik edərək, özlərinə qazanc yolu seçiblər. Beləliklə, milli mənəvi dəyərimiz məhv olur”.

Sevinc

Seçilən
11
hit.az

1Mənbələr