AZ

Trampın qalib gəlməsi sərvətini artırdı

Noyabrın 22-də sərvəti 347,8 milyard dollara çatan amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask öz rekordunu qıraraq yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edir ki, biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Tramp ABŞ seçkilərində qalib gəldikdən sonra Maskın şirkətlərinin səhmləri kəskin bahalaşıb. Nəticədə Mask 2021-ci ilin noyabrında sərvəti 340,4 milyard dollar olaraq qiymətləndirilən əvvəlki rekordunu qıraraq 120 milyard dollarlıq artımla birinci olub. İkinci yeri 219 milyard dollar sərvətlə "Amazon"un qurucusu Ceff Bezos tutur. Onu 206 milyard dollarla ən böyük proqram təminatı şirkətlərindən biri olan "Oracle"ın həmtəsisçisi Larri Ellison izləyir.

Seçilən
18
3
unikal.az

7Mənbələr