AZ

Müalicə üçün yığılan pul oğurlanıb - Polis araşdırma aparır VİDEO

Sumqayıt sakininin qızının müalicəsi üçün yığdığı pulu bir anda dələduzlar tərəfindən oğurlanıb. Hadisə Sumqayıtda baş verib.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin 10-cu mikrorayon sakini olan zərərçəkmiş Hüsniyyə Tanrıverdiyevanın anası Zəminə Abbasova deyir ki, qızının  aldığı əməkhaqqı dələduzlar tərəfindən kartdan çıxarılıb.

Ən maraqlısı budur ki, məbləğin bir hissəsi Hüsniyyə Tanrıverdiyevanın balansına köçürülüb. Qalan məbləğ isə kartdan oğurlanıb. Zərərçəkmiş pulunun oğurlanmasını kartındakı balansını yoxlayarkən bilib.

Zərəçəkmiş Hüsniyyə Tanrıverdiyeva dərhal ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edib. Bölmədən “Xəzər Xəbər”ə bildirilib ki, zərəçəkmişin şikayəti əsasında bütün lazımi materiallar toplanıb və araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
xezerxeber.az

1Mənbələr