AZ

Kuper "Çelsi"yə məğlubiyyətdən sonra hakimdən şikayətlənib

"Lester" Premyer Liqa matçında evdə "Çelsi"yə 1:2 hesabı ilə uduzub.

90deqiqe.Az xəbər verir ki, "tülkülər"in baş məşqçisi Stiv Kuper oyundan sonra fikirlərini bildirib.

“Bu hakimlə bizim bəxtimiz yoxdur. Bu gün də davam etdi. Oyun haqqında danışmaq olar - ilk hissə Chelsea-nin ərazi üstünlüyü və topa sahiblik baxımından çətin oldu. Pis qol buraxdıq, amma fasiləyə qədər iki yaxşı şansımız oldu. Müdafiədə ümumilikdə yaxşı idik. Ən vacib məqam verilməmiş ilk penaltidir. Orada nə baş verdiyi aydındır. İkincisi oyundan kənar vəziyyət olsa da, oyundan kənar vəziyyətdir. Bu barədə hakimlərlə danışa bilərsiniz”, - Kuper TNT Sports-a bildirib.

Seçilən
15
90deqiqe.az

1Mənbələr