AZ

"Bütün karyeramı "Bavariya"da keçirməkdən xoşbəxtəm"

"Bavariya"nın hücumçusu Tomas Müller bütün karyerasını Münhen klubunda keçirməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “BR24” almaniyalı futbolçunun dediklərini belə çatdırıb.

“Mən şadam ki, hər şey bu şəkildə gedir. "Allianz Arena" bütün Avropa üçün xüsusi bir stadiondur, çünki həmişə doludur. “Bavariya”da həmişə dünyanın ən yaxşı oyunçuları ilə oynayırsan. İndi hər şey yaxşı gedir, amma bir klubda karyera əvvəlcədən planlaşdıra biləcəyin bir şey deyil”,

35 yaşlı alman futbolçu bu mövsüm "Bavariya"nın heyətində 16 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Müllerin Münhen klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. "Bavariya" Almaniya çempionatında birinci yeri tutur.

Seçilən
19
90deqiqe.az

1Mənbələr