AZ

Super Liqa: “Qalatasaray” 1, “Fənərbaxça” 6 qolla qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Qaziantep” doğma meydanda “Başakşəhər”ə 3 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Eyüpspor” – “Rizəspor” matçında qonaqlar qələbə qazanıblar. “Kayserispor”un qonağı olan “Fənərbaxça” 8 qolluq bu matçda darmadağına sevinib. Lider “Qalatasaray” isə səfərdə “Bodrumspor”u tək qolla üstələyib.

13-cü turun qalan görüşləri noyabrın 24-də və 25-də baş tutacaq.

Türkiyə, Super Liqa
13-cü tur
23 noyabr

Eyüpspor – Rizəspor 1:2
Qollar: A.Kutucu, 27 – Vareşanoviç, 55. Sou, 75.

Qaziantep – Başakşəhər 3:0
Qollar: Kozlovski, 28. Soresku, 45+3. Okereke, 75.

Kayserispor – Fənərbaxça 2:6
Qollar: Djiku, 43-öz qapısına. Kolovetsios, 56 – Tadiç, 7-pen. O.Aydın, 15; 26. En Nesiri, 63. Kostiç, 85. Şimanski, 88.

Bodrumspor – Qalatasaray 0:1
Qol: Batşuayi, 54.

24 noyabr

14:30. Sivasspor – Kasımpaşa
17:00. Konyaspor – Hatayspor
17:00. Samsunspor – Alanyaspor
20:00. Beşiktaş – Göztəpə

25 noyabr

21:00. Trabzonspor – Adana Dəmirspor

Seçilən
31
2
arena.az

2Mənbələr