"İnter"in hücumçusu Markus Tyuram komanda yoldaşı Xoakin Korrea haqqında açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “DAZN” 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Korrea inanılmaz oyunçudur, biz onu hər gün məşqdə görürük və bu gün qol vurmağı bacardığı üçün şadıq. Mənim ikiqat? Bəzən iki qol vururam, bəzən heç qol vurmuram, amma ən əsası “İnter”in qalib gəlməsidir. İndi diqqətimizi Çempionlar Liqası ilə bağlı fikirlərə cəmləməliyik”
Bu gün, Simone İnzaqinin komandası səfərdə “Verona”nı məğlub etdi (5:0), Turam iki qol vurdu. “İnter” İtaliya çempionatında “Napoli”ni 2 xal qabaqlayaraq, aralıq birinci yeri tutub.