“KIA EV9” bazarda ən maraqlı elektrikli modellərindən biridir. Effektivliyi, modern üslubu və qənaətcil olması ilə diqqət çəkən üç cərgə oturacaqlı nəhəng yolsuzluq avtomobili performans çatışmazlığını da kompensasiya edib. Koreyalı istehsalçının təqdim etdiyi “EV9 GT” versiyası 508 at gücü ilə əvvəlki modellərdən seçilir. Belə ki, avtomobilin 0-dan 100 km/saata qədər sürətlənməsinə cəmi 4,3 saniyə lazımdır.
“KIA EV9 GT” modeli əlavə gücün öhdəsindən gəlmək üçün o, 21 düymlük təkər diskləri, təkmilləşdirilmiş asqı sistemi və daha böyük əyləc diskləri ilə alıcılara təqdim olunacaq.
“GT” modelinin digər mühüm xüsusiyyəti isə “KIA”nın “Virtual sürətlər qutusu” adlandırdığı texnologiyadır. “Hyundai Loniq 5 N”də olduğu kimi, avtomobilin daxildən yanan mühərrikli nəqliyyat vasitəsi kimi hərəkət etməsinə və sürətlər qutusunun simulyasiya olunmasına şərait yaradan bu sistem saxta mühərrik səsləri də çıxara bilir.
“KIA” hələ də sözügedən elektrikli avtomobilin satış qiymətini açıqlamayıb. Modelin təqdimatı 2025-ci ilin 2-ci yarısında başlayacağı üçün qiymət və əlavə oluna biləcək kiçik dəyişikliklər üçün hələ zaman var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta