AZ

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Avropanın yeni qaz böhranı ilə üzləşib.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün gözlənilən azalması Avropada iki il əvvəlki ağır sarsıntılardan hələ də qurtulmayan yeni enerji böhranı üçün zəmin yaradır", deyə nəşr qeyd edib.

İl ərzində qazın qiymətinin 45% artdığı qeyd edilir. Ekspertlərin fikrincə, Avropada qazın qiymətinin artım tempi 2022-ci ilə nisbətən aşağıdır, lakin vəziyyət təkrarlana bilər və Aİ istənilən qiymətə qaz almağa hazır olacaq.

Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsi Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər və bunun ardınca cavab tədbirləri görüləcək. Noyabrın 21-də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək bir sıra hüquqi şəxsləri, o cümlədən "Qazprombank"ı da əhatə edib.

Paşa Məmmədli

Seçilən
26
valyuta.az

1Mənbələr