"Real Madrid"in gənc hücumçusu Endrik qış transfer pəncərəsində klubunu tərk etməyəcək.
90deqiqe.Az xəbər verir ki, Madrid məhəngi klubdakı mövqeyindən razı olmayan və daha çox oyun təcrübəsi əldə etmək istəyən 18 yaşlı futbolçu ilə ayrılmaq fikrində deyil.
Bundan əvvəl mətbuatda braziliyalı forvardın bu mövsümün ikinci yarısını icarə əsasında İngiltərənin “Sauthempton” klubunda keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, Endrik bu mövsüm İspaniya çempionatında “qaymaqlılar”ın heyətində səkkiz oyun keçirib və bir qol vurub, bir sarı vərəqə alıb.