Rusiyanın Kamensk-Uralski şəhərində bu səhər sakinlər günəşin qeyri-adi doğuşunu müşahidə ediblər. Belə ki, şəhər çəhrayı rəngə boyanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda UrFU rəsədxanasının astronomu Vladilen Sanakoyev “E1.RU”ya danışıb.
“Təxminən 15 il əvvəl Yekaterinburqda belə bir çəhrayı səhər olmuşdu. Sonra dedim ki, bu, günəş işığının sanki işıq bələdçisi vasitəsilə bizə yönəldiyi isti hava kütlələri ilə bağlıdır. Bu cür təsirlər tez-tez Arktika bölgələrində müşahidə olunur”, - o qeyd edib.