AZ

Salyanda yaşıl “Akvarel yağışı”

Salyan Dövlət Rəsm Qalereyasında “Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan “Akvarel yağışı” adlı rəsm sərgisi açılıb.

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsindən mətbuata bildirilib ki, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi planetimizdə təbiəti qoruyaraq gələcək nəsillərə ötürmək baxımından çox mühüm hadisədir, məhz bu məqsədlə salyanlı gənc rəssamlar da sərgidə tamaşaçı diqqətini təbiətə, iqlimə, yaşıllığa yönləndiriblər.

Sonra “Akvarel yağışı” rəsm sərgisinə baxış olub. Yalnız akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər. 

Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.

XQ

 

Seçilən
30
2
xalqqazeti.az

3Mənbələr