Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
“Everton” – “Brentford” matçında qapılara qol vurulmayıb. Död qolun qeydə alındığı “Aston Villa” – “Kristal Pelas” matçında da qalib müəyyənləşməyib.
“Bornmut” evdə “Brayton”a, “Fulhem” “Vulverhempton”a uduzub. Son oyunlarda ardıcıl məğlubiyyətlərə üzülən Premyer Liqanın sonuncu qalibi “Mançester Siti” bu dəfə də “Tottenhem”lə ev oyununda 4 cavabsız qola üzülüb.
“Arsenal” doğma meydanda “Nottingem Forest”ə 3 cavabsız qolla qalib gəlib. “Lester Siti”nin qonağı olan “Çelsi” də səfərdə qələbəyə sevinib.
12-ci turun qalan görüşləri noyabrın 24-də və 25-də baş tutacaq.
İngiltərə, Premyer Liqa
12-ci tur
23 noyabr
Lester Siti – Çelsi 1:2
Qollar: Ayyu, 90+5-pen – N.Cekson, 15. E.Fernandes, 75.
Arsenal – Nottingem Forest 3:0
Qollar: Saka, 15. Partey, 52. Nvaneri, 86.
Aston Villa – Kristal Pelas 2:2
Qollar: O.Uotkins, 36. Barkli, 77 – Sarr, 4. Devenni, 45+1.
Bornmut – Brayton 1:2
Qollar: Bruks, 90+3 – J.Pedro, 4. Mitoma, 49.
Everton – Brentford 0:0
Fulhem – Vulverhempton 1:4
Qollar: İvobi, 20 – Kunya, 31; 87. Qomes, 53. Qedeş, 90+5.
Mançester Siti – Tottenhem 0:4
Qollar: Meddison, 13; 20. Porro, 53. B.Conson, 90+3.
24 noyabr
18:00. Sauthempton – Liverpul
20:30. İpsviç Taun – Mançester Yunayted
25 noyabr
00:00. Nyukasl – Vest