AZ

Ekofəallar inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilən məkanda noyabrın 23-də iqlim fəalları növbəti etiraz aksiyası keçiriblər.

Ekofəallar inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün fəal mövqe nümayiş etdirməməkdə ittiham ediblər.

Xatırladaq ki, COP29 başlayandan konfrans məkanında ekoloji fəlakətlə bağlı insanların ciddi narahatlığını və həyəcanını ucadan səsləndirən belə aksiyalar hər gün keçirilib. İqlim fəallarının etirazlarını ifadə etmələri üçün bütün şərait yaradılıb.

XQ

 

Seçilən
20
xalqqazeti.az

1Mənbələr