AZ

Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI

Türkiyənin Ankara şəhərində "UnionPay" sisteminin Qazprombank kartından istifadə etməklə bir sıra xidmətlər üçün ödəniş etmək olur, lakin bankomatdan nağd pul çıxarmaq mümkün deyil.

"Ölkə.az" xəbər verir ki,bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin məlumatına görə, cümə axşamı və şənbə günü səhər saatlarında Ankarada restoranlarda və ya ticarət mərkəzlərində ərzaq məhsulları üçün “Qazprombank” kartı ilə asanlıqla ödəniş etmək mümkün olub, lakin həm dövlət, həm də özəl bankomatlardan pul çıxarmaq istəyərkən bu seçim mövcud olmayıb.

Kart istifadəçiləri xəta alır və Rusiya maliyyə qurumu ilə əlaqə saxlamaları xahiş olunur.(publika.az)

Seçilən
48
2
olke.az

3Mənbələr