İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında atəş açan şəxsi polis zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Daha əvvəl agentlik hadisə şahidlərinə istinadən İsrailin Əmmandakı səfirliyi yaxınlığında atəş açıldığını bildirmişdi.