AZ

Finlandiyada 300-ə yaxın aviareys ləğv ediləcək

Pilotların tətili ilə əlaqədar olaraq “Finnair” dekabrın 9-u və 13-də təxminən 300-ə yaxın uçuşu ləğv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcı press-relizdə məlumat verib.

“Fin Pilotlar İttifaqının danışıqlar aparmaq əvəzinə tətilə qərar verməsi məyusedicidir. Təəssüf ki, bu, Milad öncəsi mövsümdə minlərlə müştərimizin səyahət planlarını pozur”, – şirkətdən məlumat verilib.

Bildirilir ki, “Finnair” dekabrın 9-da 140-a yaxın, dekabrın 13-də isə 150-yə yaxın reysi ləğv edəcək.

Tətil sentyabrın 30-da həmkarlar ittifaqı ilə daşıyıcı arasında bağlanmış kollektiv əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədardır. Yeni müqavilə üzrə danışıqlar üç aydır ki, heç bir irəliləyiş əldə edilmədən davam edir.

Seçilən
6
1
editor.az

2Mənbələr