33 yaşlı Tian Dunsyan adlı çinli ana maraqlı bir qərar qəbul edib: o, 12 Çin bürcünün hər birinə aid olan bir uşaq dünyaya gətirməyi planlaşdırır.
E-saglam.az xəbər verir ki, "South China Morning Post"un məlumatına görə, Tianın artıq doqquz övladı var. İlk övladını 2010-cu ildə dünyaya gətirən qadın, bu qərarını ərinin yaxşı genlərini israf etmək istəməməsi ilə əsaslandırıb.
Cütlük çoxuşaqlı ailənin xoşbəxtlik gətirdiyinə inanır və bu səbəbdən planlarını gerçəkləşdirmək üçün çalışmağa davam edir.
E-saglam.az