AZ

Qəzaların çox olduğu prospektdə yenilik

Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.

8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı yeni qərar qəbul olunub.

Əvvəllər Qədir Məmmədov küçəsindən prospektə çıxan sürücülər məcbur idilər ki, buradan yalnız sağa dönərək hərəkətlərini "Nargilə" istiqamətində davam etdirsinlər. Ancaq yenilik ondan ibarətdir ki, işıqforda yaşıl işığı gözləməklə hərəkətlərini düzünə davam etdirə bilərlər.

Hesab edilir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

Seçilən
16
11
publika.az

10Mənbələr