AZ

Baydenin iki ay vaxtı qalıb: Ukraynaya silah tədarükü...

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Baydenin Ukraynaya silah tədarükünü artırmaq imkanında məhdudiyyətlər var, çünki vəsaitin çox hissəsi yalnız Pentaqonun anbarında olan silahlar üçün istifadə edilə bilər. Üstəlik ABŞ Kiyevə böyük miqdarda silah və sursat göndərə bilməz, çünki bu, öz ordusunun müdafiə qabiliyyətini azaldacaq.

Bayden və onun administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qalan iki aydan az müddətdə Kiyevə maksimum dəstək verməyə və Moskvaya təzyiq göstərməyə çalışır”, - məlumatda qeyd olunub.

Seçilən
17
12
axar.az

10Mənbələr