AZ

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft idxalını dayandıracağını gözləyir. 

Valyuta.az xəbər verir ki,bu barədə "Reuters" agentliyi respublikanın dövlət boru kəməri şirkətinin direktor müavini Zdenek Dundraya istinadən məlumat yayıb.

O izah edib ki, Rusiya enerjisindən imtina İtaliya, Almaniya və Çexiya arasında "Transalp" neft kəmərinin modernləşdirilməsi başa çatdıqdan sonra mümkün olacaq. Nəticədə kəmərin ötürücülük qabiliyyəti iki dəfə artaraq ildə 8 milyon tona çatacaq.

Dundr bildirib ki, Rusiya yanacağının xüsusiyyətlərinə uyğun gələn alternativ xam neftlər Latın Amerikası, Səudiyyə Ərəbistanı və Şimal dənizindən gələn qarışıqlar olacaq.

O, həmçinin əlavə edib ki, Rusiya tədarükündən tamamilə imtina etdikdən sonra belə, "Drujba" kəməri neftlə dolu qalacaq və ehtiyat variant kimi istifadəyə hazır olacaq.

Paşa Məmmədli
 

Seçilən
15
valyuta.az

1Mənbələr